Kürdəmirdə avtomobil aşdı sürücü xəsarət aldı

Kürdəmirdə avtomobil aşdı sürücü xəsarət aldı Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
23 İyul , 2021 03:14
Kürdəmirdə avtomobil aşdı sürücü xəsarət aldı

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb.

Beləki, "VAZ 2106" markalı avtomobilin sürücüsü 42 yaşlı Əsgərov Əlsəf Ağahüseyn oğlu kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarına aşırıb.

Qəza zamanı sürücü xəsarət alaraq Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıb.

Yaralı həkim nəzarətinə götürülüb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi