Kürdəmirdə avtomobil aşdı, sərnişin xəsarət aldı

Kürdəmirdə avtomobil aşdı, sərnişin xəsarət aldı Kürdəmir rayonunda yolqəzası baş verib.
Hadisə
21 Avqust , 2020 20:50
Kürdəmirdə avtomobil aşdı, sərnişin xəsarət aldı

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildəki sərnişin, Gəncə sakini, 29 yaşlı Hüseynlu Sevinc Akif qızı müxtəlif dərəcəli növ bədən xəsarəti alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 

Son xəbərlər

Orphus sistemi