Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu

Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu Kürdəmir rayonunda yol qəzası baş verib.
Hadisə
28 Mart , 2020 12:46
Kürdəmirdə avtomobil 9 yaşlı uşağı vurdu

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Vaqif prospektində qeydə alınıb.

Belə ki, "Moskviç" markalı avtomobil yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Həsənli Məhəmməd Ramin oğlunu vurub. Yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər xəstəyə sol bud sümüyünün qapalı sınığı diaqnozunu qoyublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi