Kürdəmirdə qadını vuraraq hadisə yerindən qaçan sərxoş sürücü saxlanılıb

Kürdəmirdə qadını vuraraq hadisə yerindən qaçan sərxoş sürücü saxlanılıb Kürdəmirdə avtomobillə piyadanı vuraraq hadisə yerindən qaçıb.
Hadisə
30 dekabr 2021 12:17
Kürdəmirdə qadını vuraraq hadisə yerindən qaçan sərxoş sürücü saxlanılıb

Kürdəmir rayonunda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu, Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Əzizov Yura Əlisurət oğludur.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılarkən məlum olub ki, o, avtomobili spirtli içkinin təsiri altında idarə edirmiş.

Y.Əzizov Kürdəmir Rayon Polis Şöbəsinə təhvil verilib.

Araşdırmalardan sonra onun törətdiyi əməlinə hüquqi qiymət veriləcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

15.15

Kürdəmir rayonunda avtomobil 60 yaşlı qadını vurub, sürücü qaçıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 60 yaşlı Kərimova Xatirə Ərzulla qızı yol kənarında olarkən "OKA" markalı avtomobillə vurulub. Daha sonra avtomobilin sürücüsü hadisə yerindən qaçıb.

Ağır bədən xəsarəti alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır, sürücünün tapılması istiqamətində işlər davam etdilir.

Son xəbərlər

Orphus sistemi