Kürdəmirdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - YENİLƏNİB

Kürdəmirdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - YENİLƏNİB Kürdəmir. 14 iyul. REPORT.AZ/ Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
Hadisə
14 İyul , 2018 22:09
Kürdəmirdə ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 3-ü yaralanıb - FOTO - YENİLƏNİB

Kürdəmir. 14 iyul. REPORT.AZ/ Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində İmişli rayon sakinləri - 1997-ci il təvəllüdlü

Abbasov Mirdamət Cami oğlu və 1935-ci il təvəllüdlü

Rəhimova Naibə Kərim qızı hadisə yerində ölüb.

Bundan başqa, İmişli rayon sakinləri - 1965-ci il təvəllüdlü Abbasov Cami Cavad oğlu, 1971-ci il təvəllüdlü Abbasova Ülkər Akif qızı və 1976-cı il təvəllüdlü Abbasova Ləman Şamil qızı yaralanıblar. Onların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Yaralılardan birinin vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır


***19:26

Kürdəmir. 14 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetməni itirərək aşıb və daha sonra yanıb. Ölən və yaralananlar var.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi