Kürdəmirdə ağır yol qəzası baş verdi, ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO - VİDEO

Kürdəmirdə ağır yol qəzası baş verdi, ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO - VİDEO Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.
Hadisə
4998
1 Mart , 2020 21:01
Kürdəmirdə ağır yol qəzası baş verdi, ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO - VİDEO

Kürdəmirdə baş verən yol qəzasında 2 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1983-cü il təvəllüdlü Bakı sakini Hüseynov Səbuhi Tahir oğlu ağır bədən xəsarətləri alıb. 

Qəza nəticəsində Bakı sakinləri – 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Səbuhi oğlu və 1983-cü il təvəllüdlü Mətləb Yusifov dünyasını dəyişib. Hadisə zamanı xəsarət alan digər 2 nəfərin vəziyyəti normaldır.

Qeyd edək ki, hadisə Sığırlı kəndində baş verib. 


***20:20

Kürdəmirdə xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Sığırlı kəndində qeydə alınıb.

Belə ki, “Toyota” Land Cruiser" markalı, "90-AA-047" dövlət seriya nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. 

Hadisə zamanı nəqliyyat vasitəsinin sürücüsü də daxil olmaqla, beş nəfər müxtəlif növ bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi