Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb

Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb Kürdəmir sakini evinin həyətində işləyərkən nərdivandan yıxılaraq ağır xəsarət alıb.
Hadisə
9 noyabr 2019 15:57
Kürdəmirdə 55 yaşlı qadın ehtiyatsızlıqdan ağır xəsarət alıb

Kürdəmir sakini evinin həyətində işləyərkən nərdivandan yıxılaraq ağır xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Atakişili kəndində qeydə alınıb.

Kənd sakini, 55 yaşlı Rəsulova Əfsanə Tacəddin qızı nərdivanla evinin dam örtüyünü təmizləyərkən yıxılıb və ağır xəsarət alıb. O, ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirir.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi