Kürdəmirdə 55 yaşlı piyadanı avtomobil vurub - VİDEO

Kürdəmirdə 55 yaşlı piyadanı avtomobil vurub - VİDEO Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
121
5 Aprel , 2019 23:25
Kürdəmirdə 55 yaşlı piyadanı avtomobil vurub - VİDEO

Kürdəmir rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, sürücü, 43 yaşlı Qəbələ rayon sakini Rəfiyev Mahir Mayıl oğlu idarə etdiyi "VAZ 2109" markalı avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən qəfildən onun qarşısına sərxoş vəziyyətdə olan 55 yaşlı rayon sakini Şirvan Heydər oglu Musayev çıxıb və o, avtomobilə çırpılıb. 

Müxtəlif növ bədən xəsarətləri alan yaralı sürücü tərəfindən Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və yaralı Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisəyə ilkin səbəb kimi piyadanın həddən artıq içkili olması gostərilir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi