Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb

Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə
28 May , 2021 23:40
Kürdəmirdə 45 yaşlı kişi keçmiş məhkum tərəfindən bıçaqlanıb
0 : 00
0 : 00

Kürdəmirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayonun A.M.Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 45 yaşlı rayon sakini Cəfərov Famil Əlişiraz oğlu aralarında yaranan mübahisə zəminində rayon sakini, əvvəllər məhkum olunmuş Qurbanov Famil Zeynal oğlu tərəfindən 5 bıçaq xəsarəti alıb. Yaralı ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirirlər.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi