Kürdəmirdə 44 yaşlı qadını ilan sancdı

Kürdəmirdə 44 yaşlı qadını ilan sancdı Kürdəmir rayon sakinini ilan sancıb.
Hadisə
21 Avqust , 2020 05:30
Kürdəmirdə 44 yaşlı qadını ilan sancdı

Kürdəmir rayon sakinini ilan sancıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.

Belə ki, 44 yaşlı kənd sakini Mehdiyeva Xatirə Rüstəm qızı həyətyanı sahədə işləyərkən onu ilan sancıb.

O, yaxınlarının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. 

Həkimlər ona ilan zəhəri əleyhinə zərdab vurublar.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi