Kürdəmirdə 27 yaşlı gənc yıxılaraq xəsarət alıb

Kürdəmirdə 27 yaşlı gənc yıxılaraq xəsarət alıb Kürdəmir rayonunda 27 yaşlı gənc həyətyanı sahəsində yıxılaraq xəsarət alıb.
Hadisə
22 Avqust , 2019 12:41
Kürdəmirdə 27 yaşlı gənc yıxılaraq xəsarət alıb

Kürdəmir rayonunda 27 yaşlı gənc həyətyanı sahəsində yıxılaraq xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Aşıq Şakir küçəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayon sakini, 1992-ci il təvəllüdlü İlkin Namiq oğlu Kərimov həyətdə işləyərkən yıxılıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sağ mil sümüyünün qapalı sınığı və baş nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi