Kürdəmirdə 25 yaşlı gənci avtomobil vuraraq ağır xəsarət yetirib

Kürdəmirdə 25 yaşlı gənci avtomobil vuraraq ağır xəsarət yetirib Kürdəmir. 2 avqust. REPORT.AZ/ Kürdəmir rayonunda 25 yaşlı gənci avtomobil vurub.
Hadisə
2 Avqust , 2018 19:57
Kürdəmirdə 25 yaşlı gənci avtomobil vuraraq ağır xəsarət yetirib

Kürdəmir. 2 avqust. REPORT.AZ/ Kürdəmir rayonunda 25 yaşlı gənci avtomobil vurub. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səlim Aqil oğlu Quliyevi həmkəndlisinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi