Kürdəmirdə 21 yaşlı gənci avtomobil vurub

Kürdəmirdə 21 yaşlı gənci avtomobil vurub Kürdəmir. 8 oktyabr. REPORT.AZ/ Kürdəmir rayonunda 21 yaşlı gənci avtomobil vurub.
Hadisə
8 Oktyabr , 2018 20:31
Kürdəmirdə 21 yaşlı gənci avtomobil vurub

Kürdəmir. 8 oktyabr. REPORT.AZ/ Kürdəmir rayonunda 21 yaşlı gənci avtomobil vurub.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb.

Belə ki, rayonun Muradxan kənd sakini, 1997-ci il təvəllüdlü Arif İsmayıl oğlu Mahmudovu yolu keçmək istəyərkən "VAZ-21015" markalı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 7-də isə Rusiya vətəndaşlarının içərisində olduğu avtomobil Kürdəmir rayonunda qəzaya uğramışdı. 

Son xəbərlər

Orphus sistemi