Kürdəmirdə 2 otaqlı ev yanıb

Kürdəmirdə 2 otaqlı ev yanıb Hadisə Yenikənd kəndində baş verib
Hadisə
12 İyul , 2015 23:37
Kürdəmirdə 2 otaqlı ev yanıb

Bakı. 12 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda yanğın baş verib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Yenikənd kəndində qeydə alınıb.

Məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 20:55-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi