Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.
Hadisə
29 Oktyabr , 2019 18:29
Kürdəmirdə mikroavtobusla minik avtomobili toqquşub, xəsarət alanlar var - FOTO - VİDEO - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusla "VAZ 2106" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2106"dakı sərnişinlər - Kürdəmir rayonunun Sığırlı kənd sakinləri, 2007-ci il təvəllüdlü Eminova Qızman Elman qızı və 1981-ci il təvəllüdlü Eminova Arzu Tapdıq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.


*** 14:37

Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun stansiya Karrar qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Yaralılar “təcili yardım” avtomobili ilə xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi