Kürdəmirdə mal-qara oğurlayan şəxs saxlanıldı - YENİLƏNİB

Kürdəmirdə mal-qara oğurlayan şəxs saxlanıldı - YENİLƏNİB O, ilkin dindirmə zamanı cinayyət əməlini etiraf edib
Hadisə
8 İyul , 2020 19:55
Kürdəmirdə mal-qara oğurlayan şəxs saxlanıldı - YENİLƏNİB

Video əlavə olunub


***17:52

Kürdəmir rayonunda oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir rayon, Qarabucaq kənd sakini Fərzəliyev Məhərrəm Səfiyar oğlu rayon polis şöbəsinə ərizə ilə müraciət edərək otlaq sahəsindən ona məxsus 12 baş iribuynuzlu heyvanın oğurlanması ilə bağlı məlumat verib.

Bununla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin oğurluğu törədən şəxs Qəbələ rayonunda qeydiyyatda olan və hazırda Kürdəmir rayonu, Qarabucaq kəndində  yaşayan Əhmədli İlkin Vəlimət oğludur.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Əhmədli İlkin saxlanılaraq şübhəli şəxs qismində Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. O, ilkin dindirmə zamanı cinayyət əməlini etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi