Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub

Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub Ötən gün Kürdəmir rayonunda 11 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
23 Mart , 2019 12:16
Kürdəmirdə 11 yaşlı piyadanı vuraraq qaçan sürücü tutulub

Ötən gün Kürdəmir rayonunda 11 yaşlı piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-21150” markalı avtomobillə törədildiyi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən rayonun Xırdapay kənd sakini, 1996-cı il təvəllüdlü Ramil Elxan oğlu Heydərov saxlanılıb.

Qeyd edək ki, martın 22-də Kürdəmir rayon sakini, 2008-ci il təvəllüdlü Əmirov Elmurad Elgün oğlunu yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vurub və hadisəni törədən sürücü qaçıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq vəziyyəti ağır olduğundan Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi