Kürdəmir və Masallıda yanğın olub

Kürdəmir və Masallıda yanğın olub Kürdəmir şəhərində və Masallının Çaxırlı kəndində yanğın hadisələri qeydə alınıb
Hadisə
28 Fevral , 2015 18:14
Kürdəmir və Masallıda yanğın olub

Bakı. 28 Fevral. REPORT.AZ/ Kürdəmir və Masallı rayonlarında yanğın hadisələri baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Kürdəmir şəhərində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi və bitişik qonşu evlər yanğından mühafizə olunub.

Masallı rayonunda isə yanğın Çaxırlı kəndində (rayon mərkəzindən 10 km aralı) qeydə alınıb. Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları 75 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Son xəbərlər

Orphus sistemi