Kürdəmir sakinini balıq tutarkən elektrik cərəyanı öldürdü

Kürdəmir sakinini balıq tutarkən elektrik cərəyanı öldürdü Kürdəmir rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə
9 İyun , 2020 19:02
Kürdəmir sakinini balıq tutarkən elektrik cərəyanı öldürdü

Kürdəmir rayon sakini bədbəxt hadisə nəticəsində ölüb. 

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, Qarabucaq kənd sakini, 29 yaşlı İmran Elşən oğlu Qafarov kənd ərazisindən keçən su kanalında elektrik cərəyanı ilə balıq ovlayırmış. 

Bu zaman ehtiyatsızlıqdan onu elektrik cərəyanı vurub və İ.Qafarov hadisə yerindəcə dünyasını dəyişib.

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi