Kürdəmir sakinindən silah-sursat götürüldü

Kürdəmir sakinindən silah-sursat götürüldü Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan silah və patronlar götürülüb.
Hadisə
8 İyun , 2020 13:05
Kürdəmir sakinindən silah-sursat götürüldü

Kürdəmir rayon sakinindən müvafiq sənədləri olmayan silah və patronlar götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əməliyyatı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirmanlı kəndində yaşayan S.Mazakovun evindən müvafiq sənədləri olmayan “Tula” markalı ov tüfəngi və 24 ədəd patron aşkar edilərək götürülüb. 

Son xəbərlər

Orphus sistemi