Kürdəmir sakinindən 81 ədəd saxta ABŞ dolları aşkarlanıb

Kürdəmir sakinindən 81 ədəd saxta ABŞ dolları aşkarlanıb Bakı. 6 sentyabr. REPORT.AZ/ Kürdəmir sakinindən 81 ədəd saxta ABŞ dolları aşkarlanıb.
Hadisə
6 Sentyabr , 2018 13:06
Kürdəmir sakinindən 81 ədəd saxta ABŞ dolları aşkarlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ Kürdəmir sakinindən 81 ədəd saxta ABŞ dolları aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, sentyabrın 5-də Kürdəmir rayonunun Ərşəli kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək sentyabrın 4-də evinə gəlmiş həmkəndlisi Ramiz Hüseynovun ona dəyişmək məqsədi ilə 81 ədəd 50 ABŞ dollarlıq əskinas verməsini, sonradan həmin əskinasların saxta olmasını aşkar etməsini bildirib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən R.Hüseynovun evinə baxış zamanı dövriyyədən çıxarılmış 9640 belarus rublu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi