Yuxarı

Kürdəmir sakini qayınatasını və qaynını bıçaqlayıb

Dinlə
Faktla bağlı araşdırma aparılır

Kürdəmir. 9 iyul. REPORT.AZ/ Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Ə.Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, kürəkən qayınatası 1963-cü il təvəllüdlü Cabbarov Etibar Ələddin oğlu və qaynı 1992-ci il təvəllüdlü Cabbarov Afiq Etibar oğlunu bıçaqlayıb.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi