Kürdəmir sakini intihar edib

Kürdəmir sakini intihar edib Kürdəmirdə intihar hadisəsi baş verib.
Hadisə
997
19 Dekabr , 2020 11:23
Kürdəmir sakini intihar edib

Kürdəmir rayonunda intihar hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb.

Belə ki, rayonun Xırdapay kənd sakini, 42 yaşlı Məmmədov Qalib Abdulhəmid oğlu işlədiyi qəssabxananın yanındakı yarımtikilidə özünü asaraq intihar edib. Meyiti müayinə etmək üçün onu Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparıblar. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi