Kürdəmir sakini həmyerlisi tərəfindən bıçaqlanıb

Kürdəmir sakini həmyerlisi tərəfindən bıçaqlanıb ​Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
4 Noyabr , 2016 11:32
Kürdəmir sakini həmyerlisi tərəfindən bıçaqlanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report"un məlumatına görə, hadisə noyabrın 3-də rayonun Atakişili kəndi ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini İlkin Şərifov münaqişə zəminində həmyerlisi Zamiq Kərimovu bıçaqlayıb. Yaralı ətrafdakıların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, İ.Səfərov əməliyyat olunub, vəziyyəti orta ağıdır. 

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Şərifov tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi