Kürdəmirdə zəncirvari yol qəzası baş verib

Kürdəmirdə zəncirvari yol qəzası baş verib Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib.
Hadisə
14 İyul , 2019 19:02
Kürdəmirdə zəncirvari yol qəzası baş verib
Foto: "Report"

Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib. 

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə rayonun Bakı prospektində qeydə alınıb. Belə ki, 10-SP-435 90-MB-226 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı minik avtomobilləri toqquşub.

"Hyundai" markalı avtomobil sonra "Mercedes"ə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, hər 3 nəqliyyat vasitəsinə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi