Kürdəmir rayonunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Kürdəmir rayonunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
22 İyul , 2019 08:03
Kürdəmir rayonunda yol qəzası baş verib, iki nəfər xəsarət alıb

Kürdəmir rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 99 XP 233 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Nəticədə Bakı şəhəri Nəsimi rayonu sakinləri - 1974-cü il təvəllüdlü Mahmudova Lalə Əli qızı və 2004-cü il təvəllüdlü Bədirxanova Sara Müflis qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi