Kürdəmir rayonunda yanğın baş verib

Kürdəmir rayonunda yanğın baş verib Hadisə Şilyan kəndində qeydə alınıb
Hadisə
27 Aprel , 2015 05:46
Kürdəmir rayonunda yanğın baş verib

Bakı. 27 aprel. REPORT.AZ/ Kürdəmir rayonunda yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayon mərkəzindən 14 km aralıda yerləşən Şilyan kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaq və aynəbənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

Yanğın saat 20:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi