Kürdə suyun səviyyəsi qalxıb, sel təhlükəsi yaranıb - FOTO

Kürdə suyun səviyyəsi qalxıb, sel təhlükəsi yaranıb - FOTO Salyan və Neftçalada qabaqlayıcı tədbirlər görülür
Hadisə
122
18 Oktyabr , 2016 17:13
Kürdə suyun səviyyəsi qalxıb, sel təhlükəsi yaranıb - FOTO

Salyan.18 oktyabr. REPORT.AZ/  Kür çayının Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində səviyyəsi artıb. 

"Report"un Aran bürosunun məlumatına görə, bu gün çayın Salyan rayonunun ərazisindən keçən hissəsində səviyyəsi 35 santimetr, Neftçalada rayonunun ərazisindən keçən hissəsində  isə 10 santimetr qalxıb.

Neftçala rayon İxtisaslaşdırılmış Mənsəb Hidrometerologiya Müəssisəsindən verilən məlumata görə, bir həftədə ərzində Kür cayının səviyyəsi Salyanda 64 santimetr, Neftçalada isə 38 santimetr qalxıb. Bu səbəbdən də həmin rayonlarda sel təhlükəsi yaranıb.

Qeyd edək ki,  hər iki rayonda qabaqlayıcı tədbirlər görülür. Bəzi təhlükəli ərazilərdə bəndvurma işləri aparılır.

Son xəbərlər

Orphus sistemi