Yuxarı
    Bağlamaq

    Kürdə suyun səviyyəsi aşağı düşüb, su motorları quruda qalıb - FOTO

    Sakinlər bir sıra çətinliklərlə qarşılaşıblar

    Salyan. 2 dekabr. REPORT.AZ/ Kür çayının səviyyəsi Salyan və Neftçala rayonlarının ərazisindən keçən hissəsində xeyli aşağı düşüb. 

    “Report”un Aran bürosu xəbər verir ki, havaların qeyri-sabit keçməsinə baxmayaraq, artıq son günlər çayın səviyyəsinin hər iki rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi azalıb. 

    Yaşlı adamların dediyinə görə, adətən, payız aylarında çaylarda gur sululuq dövrü başlayır. Lakin bu il tam əksinədir. Çayın səviyyəsinin aşağı düşməsi nəticəsində Kürətrafı bəzi yaşayış məntəqələrində su motorlarından istifadə edən sakinlər bir sıra çətinliklərlə qarşılaşıblar. Motorlar quruda qaldığından həyətlərə su vurmaq mümkün deyil. Bundan başqa, nasos stansiyaları tam gücü ilə işləmir. 

    Qeyd edək ki, son bir neçə gündə Kür çayının səviyyəsi hər iki rayonda 50-60 santimetr aşağı düşüb. Mütəxəssislərin fikrincə, çayda suyun azalması belə davam edərsə, gələcəkdə vəziyyət daha da gərginləşə bilər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi