Yevlax. 22 iyun. REPORT.AZ/ Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.
"Report"un Şirvan bürosunun məlumatına görə, C.Əlilinin meyiti FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***8:58
Yevlax. 19 iyun. REPORT.AZ/ Kür çayında 16 yaşlı gənc batıb.
"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Ceyhun Eldar oğlu Əlili ehtiyyatsızlıqdan çaya düşərək boğulub.
Onun meyitin axtarışlarına başlanılıb.