Kürdə bacı və qardaş batıb

Kürdə bacı və qardaş batıb FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub
Hadisə
427
9 Aprel , 2021 19:34
Kürdə bacı və qardaş batıb
0 : 00
0 : 00

Kür çayının Sabirabad rayonunun Cəngan kəndi ərazisindən keçən hissəsində bacı və qardaş batıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi