Kürdə batan yeniyetmələrin adları məlum oldu - YENİLƏNİB - FOTO

Kürdə batan yeniyetmələrin adları məlum oldu - YENİLƏNİB - FOTO Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc
Hadisə
13 İyun , 2021 18:15
Kürdə batan yeniyetmələrin adları məlum oldu - YENİLƏNİB - FOTO

Kür çayının Şəmkir rayon Kür qəsəbəsindən keçən hissəsində batan yeniyetmələrin adları məlum olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Ayaz oğlu və 2005-ci il təvəllüdlü Məmmədov Yusif Araz oğlu çayda çimərkən batıb.

Hazırda onların axtarışları davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

17:19

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfər batıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Kür çayında 2 nəfərin batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi