Yuxarı

Kür çayında suyun səviyyəsi artıb - FOTO

Mütəxəssislərin fikrincə, bundan sonra çayın səviyyəsi 1-1,5 metr qalxarsa, qrunt suları üzə çıxmaqla əhali üçün təhlükə yarada bilər

Bakı. 6 noyabr. REPORT.AZ/ Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb. "Report" xəbər verir ki, son günlər havaların yağışlı-yağmurlu keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusilə çayın Salyan rayonu ərazisindən keçən hissəsində bu daha çox müşahidə olunur. 

Belə ki, son bir həftədə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrəyə yaxın qalxıb. Kür çayının səviyyəsi sürətlə qalxdığından bir müddət bundan öncə quruda olan su nasosları artıq çayın ortasında qalıb. Bu da su nasoslarının işlədilməsində çətinliklər yaradıb. Hazırda Kür çayında saniyədə 300-350 kubmetr su sərfi var.

Mütəxəssislərin fikrincə, bundan sonra çayın səviyyəsi 1-1,5 metr qalxarsa, qrunt suları üzə çıxmaqla əhali üçün təhlükə yarada bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi