​Kür çayında azyaşlı batmaqdan xilas edilib

​Kür çayında azyaşlı batmaqdan xilas edilib Azyaşlı qayıqdan suya düşüb
Hadisə
24 Aprel , 2016 16:43
​Kür çayında azyaşlı batmaqdan xilas edilib

Bakı. 24 aprel. REPORT.AZ/ Mingəçevir şəhərində bədbəxt hadisənin qarşısı alınıb.

"Report" xəbər verir ki, Kür çayının nəzarətsiz ərazisində 1 nəfər azyaşlı qayıqdan suya düşüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və azyaşlını sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi