Yuxarı

Kür çayında boğulan ata və oğulun meyiti tapılıb - YENİLƏNİB-2

Kür çayında boğulan ata və oğulun meyiti tapılıb - YENİLƏNİB-2
Meyitlər adiyyəti üzrə təhvil verilib

Hacıqabul. 18 iyul. REPORT.AZ/ Hacıqabul rayonunda Kür çayında batan ata və oğlun meyiti tapılıb.

"Report"un Aran bürosunun məlumatına görə, 15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun da meyiti FHN-nin xilasediciləri tərəfindən tapılıb. 

Meyit adiyyəti üzrə təhvil verilib.


***18:12

Hacıqabul. 18 iyul. REPORT.AZ/ Hacıqabul rayonunda Kür çayında boğulan ata-oğuldan birinin meyiti sudan çıxarılıb. 

“Report”un Aran bürosu xəbər verir ki, bu gün hadisə yerinə cəlb olunan FHN-nin dalğıc-xilasedicilərinin axtarışları müsbət nəticə verib. Çayda boğulan 43 yaşlı Bəxtiyar Ağavəli oğlu Ağavəlizadənin meyiti batdığı yerdən 10-15 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib. 


***15:31

Hacıqabul. 18 iyul. REPORT.AZ/ Hacıqabulda Kür çayında ata-oğulun boğulmasının təfərrüatı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Talış kəndi ərazisindən keçən Kür çayında qeydə alınıb. 

Belə ki, 43 yaşlı Bəxtiyar Ağavəlizadə Ağavəli oğlu sərinləmək üçün iki oğlu ilə birgə kəndin ərazisindən keçən Kür çayına gedib. Çayda çimərkən oğlanlarından biri -15 yaşlı Fərid Bəxtiyar oğlu Qəhrəmanovun boğulduğunu görüb və ona kömək etmək istəyib. Ata oğlunu xilas etməyə çalışsa da oğlu ilə birlikdə boğulub. Atanın digər oğlu isə hadisə ilə bağlı yaxınlarına məlumat verib.

Hazırda FHN-nin Salyan məntəqəsinin dalğıc-xilasediciləri meyitlərin tapılması istiqamətində axtarışlarını davam etdirirlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi