Kür çayında 6 gün əvvəl batmış şəxsin meyiti tapılıb

Kür çayında 6 gün əvvəl batmış şəxsin meyiti tapılıb Çaya sərxoş vəziyyətdə tor atmaq istəyən balıqçı yıxılaraq gəminin altına düşərək boğulub
Hadisə
1 Aprel , 2017 18:07
Kür çayında 6 gün əvvəl batmış şəxsin meyiti tapılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Altı gün əvvəl Kür çayında batmış Neftçala sakininin meyiti bu gün tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən ərazidə olan istifadəsiz gəminin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə martın 27-də axşam saatlarında Kür çayının deltasından təxminən bir kilometr aralıda baş verib. Nəticədə Bankə qəsəbə sakini, 41 yaşlı İsmayıl Şamil oğlu Həsənov Kür çayında batıb. “Azərenerji”yə məxsus dibdərinləşdirmə üçün nəzərdə tutulmuş, hazırda istifadəsiz qalmış “İnam” gəmisindən çaya sərxoş vəziyyətdə tor atmaq istəyən balıqçı yıxılaraq gəminin altına düşərək boğulub.

Son xəbərlər

Orphus sistemi