Şəmkir. 5 iyul. REPORT.AZ/ Kür çayının Şəmkir rayon ərazisindən keçən hissəsində batdığı ehtimal olunan şəxsin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, bu şəxs 1999-cu il təvəllüdlü Cabbarov Türxan Elşən oğludur. Hazırda onun axtarışları davam etdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Şəmkir rayonunda Kür çayında çimərkən batan Türxan Elşən oğlu Cabbarovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyət üzrə təhvil verilib.