Küllü miqdarda narkotik maddənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Küllü miqdarda narkotik maddənin Azərbaycana keçirilməsinin qarşısı alınıb Sərhədçilər "Qarayazı" dövlət qoruğunda aşkarladıqları ümumi çəkisi 975 kiloqram olan 1760 ədəd çətənə kollarını toplayaraq yandırıblar
Hadisə
11 Sentyabr , 2015 13:13
Küllü miqdarda narkotik maddənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Ötən ay narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 10 kiloqram 575,9 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Avqustun 5-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazi­sindəki sərhəd zastavasının xidməti sahəsində saat 02:00 radələrində İrandan Azərbaycana keçmək istəyən 2 nəfər sərhəd pozucusunun qarşısı alınıb. Sərhəd naryadına silahlı müqavimət göstərən sərhəd pozucuları geri qaçmağa müvəffəq olublar. Hadisə yerinə baxış zamanı iki ədəd bağlamada 5 kiloqram tiryək aşkar olunaraq götürülüb.

Avqustun 15-də Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əməliyyat məlumatı əsasında sərhəd zolağında qabaqcadan gizlədilən 4,6 kiloqram qurudulmuş marixuananı götürərkən 1967-ci il təvəllüdlü Bakı şəhər sakini Səfərov Həsrət Əliağa oğlu saxlanılıb.

Ağstafa rayonu ərazisində sərhədboyu zonada "Qarayazı" dövlət qoruğunda 1 hektar sahədə aşkar olunan ümumi çəkisi 975 kiloqram olan 1760 ədəd çətənə kolları toplanaraq yandırılıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 59 halda ümumi dəyəri təqribən 513 min manat olan qaçaqmal, o cümlədən 6 413 000 Rusiya rublu, 7501 ABŞ dolları, 7411 ədəd pirotexniki maddə, pnevmatik tapança üçün 76 ədəd lülə, 1 kiloqram barıt, 1 ədəd beşbarmaq, 4125 qutu siqaret, 1 ədəd qayıq, 58 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

Son xəbərlər

Orphus sistemi