Külli miqdarda Rusiya rublunun Azərbaycandan çıxarılmasının qarşısı alınıb - FOTO

Külli miqdarda Rusiya rublunun Azərbaycandan çıxarılmasının qarşısı alınıb - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
7 Yanvar , 2017 11:51
Külli miqdarda Rusiya rublunun Azərbaycandan çıxarılmasının qarşısı alınıb - FOTO

Bakı. 7 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Yoxlama nəticəsində onların hər birinin üzərindən əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi