Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb Bakı 27 noyabr. REPORT.AZ/ Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
27 Noyabr , 2018 11:13
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Report

Bakı 27 noyabr. REPORT.AZ/ Ötən gün polis əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz Həziyevdən çəkisi 2 kiloqram 450 qram tiryək və 4 qramdan artıq heroin götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şamaxı rayon sakini Xalis Hüseynovdan 2 kiloqram 775 qram marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi