Yuxarı

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
Əməliyyat tədbirləri davam etdirilir

Bakı. 12 oktyabr. REPORT.AZ/ Daxili işlər orqanlarının əməkdaşları ötən gün ərzində ümumilikdə 6 kiloqrama yaxın narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb, xeyli sayda yaşıl kütlə halında narkotik tərkibli bitkiləri aşkar edərək məhv edib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zəfər Namazovdan 5 kiloqramdan artıq marixuana götürülüb.

Daxil olan məlumat əsasında Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gərəkli kəndinin ərazisində kənd sakinləri Oqtay Dibirov, Məhəmməd Abdullayev, onun qardaşları Mühiddin və Elçin tərəfindən kultivasiya yolu ilə yetişdirilən 21 ədəd çətənə kolu və 439 qram marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin yaşadıqları mənzillərə də baxış keçirilib və O.Dibirovun evindən 173,24 qram, M.Abdullayevin evindən 195,87 qram, Mühiddinin evindən 197,93 qram, Elçinin evindən isə 164,21 qram marixuana aşkar edilərək götürülüb.

Bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi