​Külli miqdarda narkotik satmaq istəyən azərbaycanlını 10 il həbs gözləyir

​Külli miqdarda narkotik satmaq istəyən azərbaycanlını 10 il həbs gözləyir Cinayət işi məhkəməyə göndərilib
Hadisə
10 Mart , 2015 06:00
​Külli miqdarda narkotik satmaq istəyən azərbaycanlını 10 il həbs gözləyir

Bakı. 10 mart. REPORT.AZ/ Buryatiya Respublika Prokurorluğu 26 yaşlı Azərbaycan vətəndaşı Atakişiyev və 25 yaşlı tacik Zamonova qarşı qaldırılan cinayət işini məhkəməyə göndərib.

"Report" xəbər verir ki, iş üzrə aparılan ilkin istintaq zamanı məlum olub ki, gənclər 2014-cü ilin mart ayında avtomobil ilə Birobican şəhərinə narkotik maddə apararkən Tarbaqatay kəndində polis əməkdaşları tərəfindən saxlanılıblar.

Avtomobilə baxış zamanı ümumi çəkisi təqribən 1,5 kq olan heroin aşkar edilib. Əcnəbi vətəndaşlar narkotik vasitəni Birobican şəhərində satmaq niyyətində olublar.

Müttəhimlər nəzarət altına alınıb.

Buryatiya Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, indi gəncləri 10 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi