Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb Bakı. 28 sentyabr. REPORT.AZ/ Polis əıməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.
Hadisə
28 Sentyabr , 2018 11:08
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Polis əıməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynovun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mahamalar kənd sakini, əvvəllər məhkum olunmuş Zaur Məmmədovun evindən çəkisi 1 kiloqram 760 qram marixuana, habelə Tülü kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 4 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Biləcəri qəsəbə sakini Aynur Həsənovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Son xəbərlər

Orphus sistemi