​Bakıda məşhur milyarderin qardaşının evindən külli miqdarda narkotik maddə aşkarlanıb

​Bakıda məşhur milyarderin qardaşının evindən külli miqdarda narkotik maddə aşkarlanıb Faktla bağlı araşdırma aparılır, saxlanılan var
Hadisə
4126
17 Aprel , 2015 10:46
​Bakıda məşhur milyarderin qardaşının evindən külli miqdarda narkotik maddə aşkarlanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Bakı sakininin yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilib. “Report” xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Əsgərov Habil Əsgər oğlunun yaşadığı evin həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, polislərin narkotik vasitələri tapdıqları həyət evi H.Əsgərovun özünə məxsus deyil. Saxlanılan şəxs həmin evdə qarovulçu işləyib. Mənzil sahiblərinin evə gec-gec gəlməsindən istifadə edən H.Əsgərov həyətdə narkotik vasitələr əkib-becərib. Narkotik vasitələrin əkildiyi mülk məşhur azərbaycanlı milyarder İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilova məxsusdur. Saxlanılan H.Əsgərov R.Xəlilovun evində qarovulçu işləməzdən əvvəl, Xəlilov qardaşlarının sahibi olduğu Bakı Əyləncə Mərkəzində (BƏM) aşpaz işləyib.

Son xəbərlər

Orphus sistemi