Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb Külli miqdarda mənimsəmədə təqsirləndirilən Emil Dadaşevin ibtidai istintaqı yekunlaşıb.
Hadisə
24 May , 2023 09:53
Mənimsəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb

Xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən Emil Dadaşevin ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, E.Dadaşevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub.

Bir müddət əvvəl onun cinayət əməlini törətməkdə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan olunub. Daha sonra E.Dadaşev Rusiyada saxlanılıb və Azərbaycana ekstradisiya edilib.

Son xəbərlər

Orphus sistemi