Küçə itləri 81 yaşlı Samux sakininə hücüm edib, qadının vəziyyəti ağırdır

Küçə itləri 81 yaşlı Samux sakininə hücüm edib, qadının vəziyyəti ağırdır Qadına 6-7 it hücum edib
Hadisə
16 Noyabr , 2017 11:07
Küçə itləri 81 yaşlı Samux sakininə hücüm edib, qadının vəziyyəti ağırdır

Samux. 16 noyabr. REPORT.AZ/ Samuxda yaşlı qadın küçə itlərinin hücumuna məruz qalıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonu Sərkar kəndində baş verib. Kənd sakini, 1936-cı il təvəllüdlü Zəkiyyə Mosu qızı Tağıyeva küçədə gedərkən 6-7 itin hücumuna məruz qalıb. Baş, üz və bədəninin müxtəlif yerlərindən itlər tərəfindən xəsarət alan yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi