"Kritı Araz"la birgə ittiham edilən şəxsin barəsində axtarış qərarı çıxarılıb

"Kritı Araz"la birgə ittiham edilən şəxsin barəsində axtarış qərarı çıxarılıb Bakı Apellyasiya Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə Kritı Araz kimi tanınan Araz Fərəcovla birgə ittiham edilən digər dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Hadisə
23 Aprel , 2019 12:11
Kritı Arazla birgə ittiham edilən şəxsin barəsində axtarış qərarı çıxarılıb

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcovla birgə ittiham edilən digər dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, sonuncu məhkəmə iclaslarına gəlməyən N.Babayev barəsində axtarış qərarı çıxarılıb. Digər şəxslərlərlə bağlı isə birinci instansiya məhkəməsinin çıxardığı cəza qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Fərəcov 10 il, V.Musayev 9 il, R.Zahirov 9 il, E.Əliyev 8 il 6 ay, X.Qurbanlı 5 il və E.Şahbazov isə digər cəzasının bu cəza ilə birləşməkə 17 il müdtinə azadlıqdan məhrum edilib. N.Babayevə isə 1 il 2 ay cəza verilib və o, həmin müddəti istintaq dövründə çəkdiyi üçün məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti, prokuror isə apellyasiya protesti verib. Dövlət ittihamçısı həmin şəxslərin cəzalarının ağırlaşdırılmasını istəyir.

Xatırladaq ki, A.Fərəcov kriminal aləmdə "Kritı Araz" kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu deyilir.

Son xəbərlər

Orphus sistemi