Yuxarı

“Kristal Abşeron” MTK-dan oğurluq olub

“Kristal Abşeron” MTK-dan oğurluq olub
Oğurlaqda şübhəli bilinən şəxs saxlanılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhərində “Kristal Abşeron” MTK-dan oğurluq edilib.

“Report”un xəbərinə görə, naməlum şəxs MTK-nın 10 min metr uzunluğunda internet xətlərinin çəkilməsi üçün nəzərdə tutulan optik kabellərini oğurlayib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurlaqda şübhəli bilinən İlkin Şahverdiyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi