Kriminal qruplaşmanın üzvlərinə hökm oxundu

Kriminal qruplaşmanın üzvlərinə hökm oxundu Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
13 Mart , 2020 00:06
Kriminal qruplaşmanın üzvlərinə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Abdullayev, Ülvi Hüseynov və İlqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Əli Abdullayevə 11 il, İlqar Əliyev və Ülvi Hüseynovun hər birinə 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, hadisə 2019-cu il iyunun 24-də Bakıda baş verib.

Q.Qarayev prospektində yerləşən binalardan birinin qarşısındakı yaşıllıq sahədə dülgərlik fəaliyyəti ilə məşğul olan Ucar rayon sakini Samir Hüseynov odlu silahdan açılmış atəşlə öldürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs - paytaxt sakini Əli Abdullayev, Biləsuvar rayon sakini İlqar Əliyev və Lənkəran rayon sakini Ülvi Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunduğundan onlar tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki, Əli Abdullayevin adı daha əvvəl səs-küylü kriminal hadisədə keçib və o, kriminal qruplaşmaların üzvü kimi tanınıb. 

Son xəbərlər

Orphus sistemi