Krımda azərbaycanlı keçmiş taekvandoçu qardaşlar dini radikalizm zəmində terror ittihamı ilə həbs ediliblər - FOTO

Krımda azərbaycanlı keçmiş taekvandoçu qardaşlar dini radikalizm zəmində terror ittihamı ilə həbs ediliblər - FOTO Qardaşların ailəsi ittiham ilə razılaşmır
Hadisə
8 Dekabr , 2016 17:08
Krımda azərbaycanlı keçmiş taekvandoçu qardaşlar dini radikalizm zəmində terror ittihamı ilə həbs ediliblər - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Krımda azərbaycanlılar, taekvando üzrə vaxtilə Avropa çempionatının mükafatçıları olmuş Üzeyir və Teymur Abdullayev qardaşları terrorçuluqda ittiham olunaraq həbs olunublar. 

"Report"un məlumatına görə, Simferepol şəhər məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib.

Həbs qətimkan tədbirinin müddəti 2017-ci il martın 11-də başa çatacaq.

Qardaşlar dini radikalizm adı altında terror planının həyata keçirilməsində, buna rəhbərlik edilməsində ittiham olunurlar. Keçmiş çempionlar barəsində Krım vilayəti Cinayət Məcəlləsinin 215.5 maddəsi (terrorçuluq) ilə cinayət işi qaldırılıb. Onlarla bərabər daha bir neçə nəfər saxlanılıb. Qardaşların ailəsi ittiham ilə razılaşmır, onların yalnız dini ibadət ilə məşğul olduğunu bildirirlər.

Qeyd edək ki, hər iki qardaş 1996-cı ildən Krımda yaşayır, hər ikisi Azərbaycan vətəndaşıdır. Qardaşlar ötən əsrin 90-cı illərində Azərbaycanı taekvando üzrə Avropa çempionatında təmsil edərək mükafat qazanıblar. 

Son xəbərlər

Orphus sistemi